"Atletiko" darmadağın etdi, Amit Quluzadə forma geyindi
03.11.2014 - 01:00
"Atletiko" darmadağın etdi, Amit Quluzadə forma geyindi

Portuqaliyanın Sequnda liqasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Atletiko" "Sportinq"in B komandası ilə üz-üzə gəlib.

 

Oyun "Atletiko"nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Matça ehtiyat oyunçular skamiyasında başlayan təmsilçimiz 58-ci dəqiqədə "Bakı"nın sabiq üzvü İbrahim Karqbonu əvəzləyib.

 

Qeyd edək ki, Amit Quluzadənin komandası 13 turdan sonra 15 xalla turnir cədvəlinin 17-ci pilləsində yer alır.