"Azərbaycanın hansısa saytına danışmamışam, özlərindən uydurublar" - MÜSAHİBƏ
17.10.2014 - 13:20
"Azərbaycanın hansısa saytına danışmamışam, özlərindən uydurublar" - MÜSAHİBƏ

“Dnepr” klubunun futbolçusu Caba Kankava Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı yarımmüdafiəçi Avroliqada “Qarabağ”la oyunlar haqqında da danışıb.

 

- Çempionatdakı ən yaxın rəqibiniz olan “Çernomorets” haqqında nə deyə bilərsiniz? Əvvəlki mövsümlərlə müqayisədə bu komanda legionerlərin gedişindən sonra bir neçə dəfə zəifləyib...

- Bəli, onların legionerləri komandadan gedib. Ancaq onsuz da Odessada çox yaxşı komanda var. Ona görə də bizə çox çətin olacaq. Biz bu vacib oyuna ciddi hazırlaşırıq. 

 

- “Dnepr” üçün çox ağır dönəm başlayır. Komandanız 3 həftəyə 7 matç keçirəcək. Sizə fiziki, yoxsa psixoloji baxımdan daha çox çətin olacaq?
- Əlbəttə ki, fiziki. Demək olar ki, hər 3 gündə bir meydana çıxmaq lazım gələcək. Amma bütün matçlarda nəticə əldə etməyə çalışacağıq.

 

- Razılaşırsınız ki, bu dönəm “Dnepr”in cari mövsümdəki gələcəyini həll edə bilər, özü də bütün turnirlərdə?
- Bəli, şübhəsiz. Çempionatda bizi təkcə “Çernomorets” deyil, həm də “Dinamo” və “Şaxtyor”la matçlar da gözləyir. “Zarya” da asan rəqib deyil. Ukrayna kubokunun 1/4 finalına çıxmaq lazımdı. Əlbəttə ki, “Qarabağ”la Avropa Liqasındakı 2 görüş də çox vacibdi. Bu çox mühüm dövrdür və bütün uşaqlar özlərini bu matçlara kökləyir.

 

- Bildiyimizə görə, “Dnepr”in futbolçuları “Qarabağ”ı qrupun sözsüz autsayderi hesab etmək fikri ilə şərik deyillər...
- Əlbəttə ki, bu, belə deyil. “Qarabağ” çox yaxşı komandadı. Bunu Gürcüstan millisindən komanda yoldaşım olan və ötən mövsümü “Qarabağ”da keçirmiş Nikoloz Gelaşvili də təsdiqləyir. O, bu komanda haqqında danışıb və mənə başa salıb ki, bizim üçün onlarla oyun çox çətin olacaq. “Qarabağ”da bir neçə braziliyalı legioner fərqlənir. Onlar hücumda yaxşı oynayırlar. Azarkeşləri də həmin komandanı dəstəkləyir.

 

- Azərbaycanda da “Dnepr”lə görüşlər vacib hesab olunur. Sizə hətta ordan jurnalistlər də zəng etmişdi...
- Söz düşmüşkən, heç kim mənə zəng vurmayıb! İstəyirəm ki, hamı bilsin: mən Azərbaycanın hansısa saytına açıqlama verməmişəm, özlərindən uydurublar. Mən həmin yazını böyük təəccüblə oxudum. Orda heç nə düzgün yazılmayıb. Mən bilmirəm ki, bunu necə ediblər. Başa düşmürəm ki, özündən müsahibəni necə uydurmaq olar. Bu, xoşagəlməz haldı.

 

 




 

0