[b]100 dəqiqəlik derbidə qalib müəyyənləşmədi[/b]
01.03.2018 - 23:39
[b]100 dəqiqəlik derbidə qalib müəyyənləşmədi[/b]

Türkiyə Kubokunda ikinci yarımfinal oyununun ilk görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, İstanbul derbisində “Beşiktaş”la “Fənərbaxça” qarşılaşıb.

 

Birincilərin meydanında baş tutan görüşdə qalib müəyyənləşməyib. Gərgin mübarizə, qalmaqal və qırmızı vərəqələrlə yadda qalan oyunda azarkeşlər 4 qola şahidlik ediblər.

 

Hakimin əsas vaxta 10 dəqiqə əlavə etdiyi oyunda “Fənərbaxça” matçı 9, “Beşiktaş” isə 10 nəfərlə başa vurub.

 

Türkiyə Kuboku

Yarımfinal (ilk oyun)

“Beşiktaş” – “Fənərbaxça” – 2:2

Qollar: Neqredo, 14, Talişka, 82 – Soldado, 17, Şənər, 45+2

Qırmızı vərəqələr: Quarejma, 52 – Alper, 44, Volkan, 77