Avrokuboklar tarixində 11-ci dəfə Azərbaycan klubu rəqibini hər iki oyunda məğlub edib. Apasport.az saytının məlumatına görə. Çempionlar Liqasının II təsnifat mərhələsində Malta təmsilçisi “Valletta”nı iki oyunun cəmində 5:0 hesabı ilə məğlub edən “Qarabağ” 6-cı dəfə eyni rəqibi ardıcıl 2 dəfə yenib.
Avrokuboklarda hər iki oyunda qalib gələn Azərbaycan klubları
2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2s
2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1
2013/14. “Qarabağ” - “Gefle” (İsveç) – 1:0, 2:0
2014/15. “Tiraspol” (Moldova) – “İnter” – 2:3, 1:3
2014/15. “Valletta” (Malta) - “Qarabağ” – 0:1, 0:4