“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Çukariçki!yə qalib gələrək Azərbaycan klublarının Serbiya sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, bu ölkə təmsilçiləri ilə matçlarda heç vaxt qalib gəlmədiyimizdən “Bakcell Arena”dakı zəfər ilk olub.
Bunadək əvvəl Yuqoslaviya, sonra isə onun varisi olan Serbiya klubları ilə baş tutan 11 qarşılaşmada təmsilçilərimiz 4 heç-heçə edib, 7 məğlubiyyət almışdı. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” ilk qələbəmizi rəsmiləşdirdib. Bu da serbiyalılarla 12-ci dueldə gerçəkləşib.
Avrokuboklarda Azərbaycan və Serbiya klublarının oyunları
12 avqust 1999. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3
26 avqust 1999. “Srvena Zvezda” (Yuqoslaviya) - “Neftçi” - 1:0
29 iyul 2008. “İnter” – “Partizan” (Serbiya) - 1:1
6 avqust 2008. “Partizan” (Serbiya) – “İnter” - 2:0
17 iyul 2008. “Voyvodina” (Serbiya) – “Olimpik” - 1:0
31 iyul 2008. “Olimpik” - “Voyvodina” (Serbiya) - 1:1
20 sentyabr 2012. “Partizan” (Serbiya) – “Neftçi” - 0:0
22 noyabr 2012. “Neftçi” – “Partizan” (Serbiya) - 1:1
21 avqust 2014. “Partizan” (Serbiya) – “Neftçi” - 3:2
28 avqust 2014. “Neftçi” - “Partizan” (Serbiya) - 1:2
16 iyul 2015. “Çukariçki” (Serbiya) – “Qəbələ” - 1:0
23 iyul 2015. “Qəbələ” - “Çukariçki” (Serbiya) – 2:0
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq