[b]15 illik eranın sonu: Olsen istefa verdi[/b]
18.11.2015 - 13:35
[b]15 illik eranın sonu: Olsen istefa verdi[/b]

Danimarka yığmasının uğursuz çıxışı baş məşqçi istefası ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Morten Olsen vəzifəsindən ayrılmaq qərarına gəlib.

 

Danimarkanın AVRO-2016-nın pley-off mərhələsində İsveçə məğlub olaraq (1:2, 2:2) mübarizəni dayandırması Olsenin 15 illik fəaliyyətinə son qoymasına səbəb olub.

 

66 yaşlı mütəxəssis gedişini belə əsaslandırıb: “Müqavilənin ləğvi üçün federasiya rəsmiləri ilə artıq razılaşmışıq və bu xəbəri futblçulara çatdırmışam. Əlbəttə, 15 ildən sonra yığmadan getmək asan olmadı. Ən çox azarkeşlərə görə çox məyus oluram. Çünki onlar final mərhələsinə layiq idilər. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, məndən sonra gələcək baş məşqçi komandanı böyük turnirlərə apara biləcək”.

 

Qeyd edək ki, Morten Olsen 2000-ci ildən bəri Danimarka yığmasını çalışdırıb.