[b]1 milyard avroluq futbolçu[/b]
10.09.2015 - 11:37
[b]1 milyard avroluq futbolçu[/b]

Madrid “Real”ı ulduz futbolçusu Kriştianu Ronaldonun transfer qiymətini açıqlayıb. Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “kral klubu”nun prezidenti Florentino Peres açıqlama verib.

 

O bildirib ki, Ronaldonu istənilən vaxt sata bilərlər. Ancaq bunun üçün qarşı tərəf tələb olunan məbləği ödəməlidi: “Əgər PSJ Ronaldonu almağı çox istəyirsə, biz onlarla danışıq aparmağa razılaşa bilərik. Ronaldonun transfer qiymətin 1 milyard avrodu. Bu məbləği ödəməyə razıdılırsa, buyursunlar”.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Ronaldo Madrid klubunda ümumilikdə 302 oyunda 313 qol vurub.