[b]21 ildə 8-ci dubl[/b]
24.07.2015 - 11:18
[b]21 ildə 8-ci dubl[/b]

“Qəbələ”nin futbolçusu Sergey Zenyov Azərbaycan klublarının heyətində avrokubok matçında dubla imza atan 8-ci futbolçudu. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən qitə miqyaslı turnirlərdə çıxış edən təmsilçilərimiz bunadək 7 dəfə bir oyunda iki qol vurmuşdu.

 

21 ilin 8-ci dubluna imza atan Zenyov Avropa liqasının II təsnifat mərhələsinin Serbiya “Çukariçki”si ilə ev matçının taleyini həll etdiyi qollarla komandasını növbəti raunda daşıyıb.

 

8 dubldan 3-ü evdə, 5-i səfərdə qeydə alınıb. Sergeyə qədər yalnız Vadim Vasilyevlə Feliks Felipe Almeyda ev oyununda fərqlənmişdi. Sonuncu belə hadisə isə 6 il əvvəl yaşanmışdı.

 

Dubllardan üçü “Qarabağ”, ikisi “Neftçi”nin hesabındadı. “İnter”, “Bakı” və “Qəbələ” 1 dubla sevinib. 

 

8 dubl yerli və legionerlər arasında bərabər bölünüb. Belə ki, Zenyov əcnəbilərin 4-cü dubluna imza atıb.

 

1999/2000, Müşfiq Hüseynov

20 iyun 1999. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2

1999/2000, Vadim Vasilyev

12 avqust 1999. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3

2009/10, Feliks Felipe Almeyda

21 iyul 2009. “Bakı” - “Ekranas” (Litva) - 4:2

2010/11, Əfran İsmayılov

15 iyul 2010. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” - 1:2

2011/12, Vüqar Nadirov

30 iyun 2011. “Banqa” (Litva) – “Qarabağ” - 0:4

2012/13, Baçana Sxadadze

5 iyul 2012. “Trans” (Estoniya) – “İnter” - 0:5

2014/15, Denis Silva

21 avqust 2014. “Partizan” (Serbiya) – “Neftçi” 3:2

2015/16, Sergey Zenyov

23 iyul 2015. “Qəbələ” – “Çukariçki” (Serbiya) – 2:0