[b]21 ildən sonra[/b]
07.05.2014 - 19:50
[b]21 ildən sonra[/b]

Topaz Premyer Liqasının sonuna 2 tur qalmış Azərbaycan çempionunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə. ən yaxın izləyicisi “İnter”ı məğlub edən “Qarabağ” mövsümün sonuna 2 tur qalmış 1-ci yeri təmin edib.

 

Xallarını 72-yə çatdırmaqla rəqibindən 9 xal uzaqlaşan Ağdam təmsilçisi tarixində 2-ci dəfə qızıl medallara sahib oldu. İlk dəfə 1993-cü ildə bunu bacaran “Qarabağ” 21 ildən sonra ölkənin ən güclüsü oldu.

 

Bununla da ağdamlılar “Şəmkir”, “İnter” və “Bakı”ya çatdı. İndi bu 4 komandanın hərəsinin 2 çempionluğu var. Düzdür, 1996/97 mövsümündə də AFFA-nın əsasnaməsinə əsasən qızıl medallar “Qarabağ”a verilib. Lakin həmin çempionluğu nə UEFA, nə PFL, nə İFFHS, nə də Ağdam klubunun özü hesaba alır. Ümumilikdə isə 22 çempionatdan başa çatan 21-də 8 klub qalib adını əldə edib.

 

Bütün çempionlar

1. “Neftçi” – 8

2. “Kəpəz” – 3

3-6. “Şəmkir”, “İnter”, “Bakı”, “Qarabağ” – 2

7-8. “Turan”, “Xəzər Lənkəran” – 1

 

mövsüm

çempion

1992

“Neftçi” Bakı

1993

“Qarabağ” Ağdam

1993/94

“Turan” Tovuz

1994/95

“Kəpəz” Gəncə

1995/96

“Neftçi” Bakı

1996/97

“Neftçi” Bakı

1997/98

“Kəpəz” Gəncə

1998/99

“Kəpəz” Gəncə

1999/2000

“Şəmkir”

2000/01

“Şəmkir”

2001/02

yarımçıq qalıb

2003/04

“Neftçi” Bakı

2004/05

“Neftçi” Bakı

2005/06

“Bakı”

2006/07

“Xəzər-Lənkəran”

2007/08

“İnter” Bakı

2008/09

“Bakı”

 2009/10

 “İnter” Bakı

2010/11

“Neftçi” Bakı

2011/12

“Neftçi” Bakı

2012/13

“Neftçi” Bakı

2013/14

“Qarabağ” Ağdam