Azərbaycan millisi qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, martın 28-də Malta ilə AVRO-2016-nın seçmə oyununda 2:0 hesabı ilə qalib gələndən sonra 6 matç qələbə qazanmayan yığmamız bu gün Moldovanı məğlub edib.
234 gündən sonra qalib gələn yığmamız 2:1 hesablı qələbə ilə 6 matçlıq seriyanı qırıb. Bu qələbə millinin tarixində yubiley – 40-cı olub. 219-cu matçda 40-a çatan komandamız 59 heç-heçə edib və 120 dəfə uduzub. 156 vuran yığmamız 375 top buraxıb.
Qeyd edək ki, milli ilk dəfə Bakı Olimpiya Stadionunda qalib gəlib. Bu arenadakı ilk oyununda İtaliyaya 1:3 hesabı ilə uduzan yığmamız 2-ci cəhddən qələbə qazanıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI