[b]25-ci kapitan[/b]
17.11.2015 - 23:49
[b]25-ci kapitan[/b]

Rahid Əmirquliyev karyerasında ilk dəfə Azərbaycan millisinin kapitanı kimi meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Moldova ilə bu gün keçirilən yoxlama matçına kapitan sarğısı ilə başlamaqla millinin tarixinə 25-ci kimi düşüb.

 

Ona qədər 24 oyunçu qarşılaşmaya kapitan kimi başlamışdı. Əmirquliyev millidəki 48-ci görüşündə ilki gerçəkləşdirib. Yığmamızın kapitanları arasında rekordçu Rəşad Sadıqovdu. O, 68 dəfə oyuna kapitan kimi başlayıb. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22 dəfə buna nail olub.