AVRO-2017-nin Rusiya ilə bu gün keçiriləcək oyunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 89-cu rəsmi matçı olacaq. Apasport.az saytının məlumatına görə, qitə çempionatına vəsiqələr uğrunda mübarizəyə AVRO-1996-dan start verən komandamız indiyədək keçirdiyi 88 qarşılaşmada cəmi 10 dəfə qalib gəlib.
Hesabında 13 heç-heçə olan yığmamız 65 dəfə meydanı məğlub tərk edib. Rəqib qapılarından 46 top keçirən futbolçularımız 207 qola üzülüb.
Millimiz tarixində ilk dəfə Rusiya ilə seçmə oyununda üz-üzə gələcək. Futbolçularımız
əvvəlki 88 matçda 28 ölkənin təmsilçisi ilə qarşılaşıb. Şimal qonşularımız bu siyahıda 29-cu rəqib olacaq.
Qarşıdakı matç yığmanın baş məşqçisi Yaşar Vahabzadənin bu postda 10-cu sınağı olacaq. Əvvəlki 9 oyundan 8-də məğlubiyyət görən çalışdırıcı cəmi 1 qələbəyə sevinib.
Onun yetirmələri 2 qol vurub, 25-ni buraxıb. AVRO-2004-ün seçmə mərhələsində də 3 matçda baş məşqçi funksiyasını yerinə yetirən çalışdırıcı millidəki oyun sayında 4-cüdu.
Bernard Lippertin 27, Vaqif Sadıqovun 14, Əsgər Abdullayevin 12 matça çıxardığı yığmamız 14 aydı evdə qalib gəlmir. Komandamız sonuncu dəfə 2014-cü il sentyabrın 3-də İsraili 3:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra yığmamız Bakıda 3 dəfə uduzub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI