[b]38 günlük fasilə bitdi, çempion hələ gözləyir[/b]
29.01.2015 - 11:37
[b]38 günlük fasilə bitdi, çempion hələ gözləyir[/b]

Sabah Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Apasport.az saytının məlumatına görə, çempionatda yaranan 38 günlük fasilədən sonra komandalar növbəti matçlarına çıxacaq.

 

III dövrənin ilk turunda baş tutacaq 4 qarşılaşma 3 gün ərzində keçiriləcək. Son çempion və cari mövsümün lideri “Qarabağ” bu turda istirahət edir. Ağdamlılar meydana çıxmasalar da, zirvədəki mövqeyi toxunulmaz qalacaq. Çünki 5 xallıq üstünlüyü rəqiblərinin onlara çatmasını mümkünsüz edir.

 

2015-ci ilin ilk matçında isə “Qarabağ”ın ən yaxın izləyicisi “İnter” meydana çıxacaq. Autsayderlərdən birini sınağa çəkəcək bakılılar indiyədək öz meydanında xal vermədiyi “Sumqayıt”la görüşün aşkar favoritidi. Hətta məğlub olsa da, 2-ci pillədə qalacaq Kaxaber Sxadadzenin yetirmələri qələbə ilə liderə yaxınlaşacaq. Paytaxta sensasiya dalınca yollanan sumqayıtlılar isə AZAL-ı keçib, 1 pillə irəliləmək üçün mütləq qalib gəlməlidi.

 

AZAL isə turun ikinci günündə “Neftçi” ilə görüşəcək. Paytaxt derbisinin iştirakçıları bir matçları təxirə salındığından mövsümdə 2-ci dəfə üz-üzə gələcək. Bu oyun “ağ-qaralar”ın turnir cədvəlindəki mövqeyini dəyişməsə də, Arif Əsədovun yetirmələri xal hesabını artırmağa borcludu. “Təyyarəçilər” isə qələbə qazansa, irəliləmək imkanına malikdi.

 

Turun son günündə 2 qarşılaşma baş tutacaq. Autsayderin qonağı olacaq “Qəbələ” turnir cədvəlində 1 pillə irəliləmək üçün paytaxtdan 3 xalla ayrılmalıdı. Son pillədə qərarlaşan “Bakı” isə xal hesabını artırmaq iddiasındadı. İlk iki oyunlarının hərəsində 2 qol vurulan komandalar 2015-ci ilə uğurla başlamaq əzmindədi. Həftənin son matçı isə Zaqatalada keçiriləcək. Orta sıralarda qərarlaşan əyalət təmsilçilərinin duelinə tərəflər fərqli durumda çıxacaq. “Simurq” avrokuboklar iddiasını davam etdirmək üçün növbəti 3 xalını qazanmalıdı. Daha çox gənclərə güvənən “Xəzər Lənkəran” isə ilk yarıda əldə etdiyi mövqelərini qorumağa çalışacaq. Yenilənmiş heyətlə meydana çıxacaq cənublular turnir cədvəlindəki qonşusunu arxada qoymaq üçün qalib gəlməlidi.

 

XIX tur

 

30 yanvar (cümə)

 

16:00. “İnter” – “Sumqayıt”

İlk 2 dövrədəki oyunlar: 5:1, 0:0
“İnter Arena”

 

31 yanvar (şənbə)

 

15:00. AZAL – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 0:4
“AZAL Arena”

 

01 fevral (bazar)

 

14:00.  “Bakı” – “Qəbələ”
İlk 2 dövrədəki oyunlar: 0:2, 1:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

17:00. “Simurq” – “Xəzər Lənkəran”
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Zaqatala şəhər stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

16

10

4

2

29-17

34

2

İnter

16

7

8

1

26-7

29

3

Neftçi

15

7

5

3

19-12

26

4

Simurq

16

6

3

7

25-22

21

5

Xəzər L 

16

5

5

6

22-20

20

6

Qəbələ

16

4

7

5

19-24

19

7

AZAL

15

4

5

6

18-25

17

8

Sumqayıt

16

4

3

9

19-27

15

9

Bakı

16

2

4

10

13-36

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bombardir: Nurlan Novruzov ("Bakı") - 9