[b]40-cı qələbə[/b]
21.08.2015 - 09:40
[b]40-cı qələbə[/b]

Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” oyunu yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qarşılaşma Azərbaycan təmsilçilərinin əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan yarışda 150-ci qarşılaşma olub.

 

Eyni zamanda Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçisi postunda 300-cü qarşılaşması həm də yubiley qələbəsi olub.  1994-cü ildə UEFA kubokunda debüt edən təmsilçilərimiz bu turnirdə 40-cı dəfə qalib gəlib. 42 heç-heçə edən komandalarımız 68 dəfə uduzub. 135 dəfə rəqib qapılarına yol tapan futbolçularımız 231 qola üzülüb.