[b]40 milyonluq futbolçu “Qarabağ”la matçı buraxacaq?[/b]
11.11.2017 - 12:16
[b]40 milyonluq futbolçu “Qarabağ”la matçı buraxacaq?[/b]

Son vaxtlar zədəlilərin çoxluğundan əziyyət çəkən “Çelsi”də daha bir futbolçu sıradan çıxıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Temue Bakayokodan gedir.

 

Fransa millisinin yoldaşlıq görüşlərinə çağırılmayan 23 yaşlı oyunçu London klubunun məşqi zamanı ayağından xəsarət alıb. Mişi Batşuayidən sonra Bakayokonun da zədələnməsi baş məşqçi Antonio Konteni ciddi narahat edir. İkincinin Çempionlar Liqasının V turunda “Qarabağ”la (22 noyabr) səfər matçında iştirakı sual altına düşüb. Dayaq yarımmüdafiəçisinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, “Çelsi” Temue Bakayokonu yay fasiləsində 40 milyon avro müqabilində “Monako”dan transfer edib.