[b]42 milyonluq oyunçu Çindən qovuldu[/b]
01.03.2018 - 22:42
Cekson Martinez Çin təmsilçisi “Quançjou Everqrand”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, kolumbiyalı futbolçu azad agent statusu əldə edib.
2016-cı ildə 42 milyon avro qarşılığında “Atletiko”dan transfer edilən hücumçu Çində cəmi 16 oyunda meydana çıxa bilib.
İllik gəliri 12.5 milyon olan Martinez bu müddət 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0