[b]4 illik qələbə həsrəti [/b]
16.04.2016 - 13:15
[b]4 illik qələbə həsrəti [/b]

Topaz Premyer Liqasının XXX turunun açılış matçında "Rəvan" üzərində (2:0) qələbə qazanan "Qəbələ" uğurlu seriyalarını davam etdirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" rəqiblə qarşılaşmalardakı üstünlüyünü artırıb.

 

Dünənki matçdan sonra bakılıların "Qəbələ" ilə oyunlardakı qələbəsizlik seriyası 9-a yüksəlib. Sonuncu dəfə 2012-ci ilin sentyabr ayında şimal səfərindən 3 xalla dönən "Rəvan" həmin vaxtdan bəri keçirilən 9 görüşün yalnız 2-də bərabərliyə sevinib.

 

Ardıcıl 5-ci görüşdə də "Rəvan"ı məyus etməyi bacaran "Qəbələ" həm də bu rəqibinə qarşı evdəki uğursuz seriyanı qırıb. Belə ki, komandaların Qəbələdə bundan öncəki iki matçında heç-heçə qeydə alınmışdı.

 

Onu da əlavə edək ki, "Qəbələ" Topaz Premyer Liqasında 5 oyunluq qələbə həsrətinə dünən son qoyubsa, "Rəvan" ardıcıl 5-ci səfər matçından da əliboş dönüb. 

0