[b]54-cü duel öncəsi ikiqat üstünlük[/b]
06.03.2018 - 18:27
[b]54-cü duel öncəsi ikiqat üstünlük[/b]

"Neftçi” Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Keşlə” ilə qarşılaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” indiyə qədər bu rəqiblə 53 çempionat oyununda üz-üzə gəlib.

 

Bu görüşlərin 26-da qələbə qazanan “Neftçi” 13 dəfə meydanı məğlub tərk edib. Top fərqi də "flaqman”ın xeyrinədi – 80:54.


Cari mövsümün ilk yarısındakı hər iki görüşdə “Keşlə” rəqibinə boyun əyib. "İnter Arena”da 2 cavabsız qolla rəqibini üstələyən Tərlan Əhmədovun yetirmələri 8-ci km qəsəbə stadionundakı qarşılaşmada 3:1 hesabına sevinib.

 

Qeyd edək ki, martın 9-da keçiriləcək “Neftçi” – “Keşlə” qarşılaşması saat 18:00-da start götürəcək.