Qurban Qurbanov baş məşqçisi olduğu Azərbaycan milli komandasının heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, uzun illər öz adı futbolçu kimi siyahıya daxil edilən 46 yaşlı mütəxəssis ilk heyətinə 24 oyunçu daxil edib.
Bu futbolçular Moldova ilə yanvarın 30-da baş tutacaq yoxlama matçında oynamağa namizədlərdi. Təbii ki, Qurbanov 1 gündə bu oyunçuların hamısına şans verməyəcək.
Lakin “24-lük”dən bəziləri üçün qarşılaşma əlamətdar ola bilər. Bunun üçün onların heç olmasa 1 dəqiqə meydana çıxmaları lazımdı.
Söhbət yubiley və ya debütü gözləyənlərdən gedir. Belələri isə heç də az deyil.
Üç oyunçu yubiley matçının astanasındadı. Hazırkı – Qurbanovun dəvət göndərdiyi yığmanın oyun sayındakı rekordçusu Kamran Ağayevdi. Hesabında 69 matç olan qapıçı yubiley – 70-ci oyununa çıxmağa yaxındı.
Millinin kapitanı Rahid Əmirquliyev 60-cı, milliləşən legioner Ruslan Qurbanov isə 20-ci dəfə yığmada forma geyinə bilər. Ümumiyyətlə isə 24 oyunçudan 19-nun yığmadakı oyun hesabı açılıb.
Digər 5 futbolçu isə komandanın debütantı sayılır. Düzdü, onlardan bəziləri müxtəlif vaxtlarda toplanışa cəlb olunub. Amma rəsmi matça çıxmayana qədər debütünü gözləyənlər indi ümidlərini Antalyadakı görüşə bağlayıb.
Bunlar Abbas Hüseynov, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Rəşad Əzizli və Şahrudin Məhəmmədəliyevdi. Onlar yanvarın 30-da meydana çıxsa, yığmada ilk görüşləri olacaq.
|
futbolçu |
oyun |
qol |
|
Kamran Ağayev |
69 |
-111 |
|
Rahid Əmirquliyev |
59 |
3 |
|
Cavid Hüseynov |
53 |
2 |
|
Ruslan Abışov |
50 |
4 |
|
Maksim Medvedev |
42 |
1 |
|
Əfran İsmayılov |
38 |
5 |
|
Qara Qarayev |
36 |
0 |
|
Ruslan Qurbanov |
19 |
1 |
|
Məhəmməd Mirzəbəyov |
18 |
0 |
|
Ramil Şeydayev |
10 |
1 |
|
Pavel Paşayev |
7 |
0 |
|
Riçard Almeyda |
5 |
0 |
|
Coşqun Diniyev |
3 |
0 |
|
Elvin Yunuszadə |
3 |
1 |
|
Mahir Mədətov |
3 |
0 |
|
Rəhman Hacıyev |
3 |
0 |
|
Cavid İmamverdiyev |
2 |
0 |
|
Emin Mahmudov |
2 |
0 |
|
Təmkin Xəlilzadə |
2 |
0 |
|
Abbas Hüseynov |
0 |
0 |
|
Anton Krivotsyuk |
0 |
0 |
|
Bəhlul Mustafazadə |
0 |
0 |
|
Rəşad Əzizli |
0 |
0 |
|
Şahrudin Məhəmmədliyev |
0 |
0 |
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı