[b]5 günə 1 milyon qazanacaq[/b]
06.03.2018 - 15:03
[b]5 günə 1 milyon qazanacaq[/b]

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo DÇ-2018-in final mərhələsində əməkdaşlıq edəcəyi telekanaldan nə qədər qazanacağı açıqlanıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis ölkəsinin RT şirkəti ilə 5 günlük iş birliyindən 1 milyon funt sterlinq əldə edəcək.

 

Onun günü 200 min funt sterlinqə başa gələcək.

 

Qeyd edək ki, Mourinyo mundial vaxtı ekspert kimi çıxış edəcək. O, həmçinin öz fikirlərini bildirib, proqnozlar verəcək.