[b]65 min![/b]
04.06.2014 - 17:20
[b]65 min![/b]

AFFA 2009-cu ilin yanvarından futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemini yaradıb. Apasport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 65 min nəfərə çatıb.

 

 Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 65000-ci üzvü isə qadın futbolçudur. Bu "Coca-Cola Məktəbli kuboku" turnirində iştirak edən Bakı şəhəri, 326 №-li orta məktəbin 7-ci sinif şagirdi Zamanova Nəzrin Vüqar qızıdır.