[b]8-ci "möcüzə"[/b]
12.10.2016 - 14:12
[b]8-ci "möcüzə"[/b]

Azərbaycan çempionu “Araz” UEFA kubokunda 8-ci dəfə böyük hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Makedoniyada keçirilən əsas mərhələnin qrup oyunlarında Gürcüstan TDU-sunu 7:1 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi bunadək 7 dəfə darmadağına sevinmişdi.

 

5 və ya daha çox top fərqi ilə ilk qələbəsini 10 il öncə qazanan “Araz”ın ən böyük üstünlüyü isə 10 top fərqi ilə olub. Təmsilçimiz 8 il əvvəl “Şkövde”ni 11:1 hesabı ilə məğlub edib.

 

“Araz”ın böyükhesablı qələbələri

15.10.2006. “Slov-Matik” (Slovakiya) - 10:4

11.09.2008. “Şkövde” (İsveç) - 11:1

12.09.2008. “Nadin” (Bolqarıstan) - 6:1

19.11.2009. “Nikars” (Latviya) - 7:1

20.11.2009. “Atina-90” (Yunanıstan) - 7:0

29.09.2010. “Nikars” (Latviya) - 7:1

22.11.2013. “Qyori ETO” (Macarıstan) - 5:0

11.10.2016. TDU (Gürcüstan) - 7:1

 

0