Avrokuboklar tarixində 8-ci dəfə Azərbaycan klubu böyükhesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura Ağdamın “Qarabağ” klubu imza atıb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda İsveçrənin “Yanq Boyz” klubunu 3 cavabsız qolla məğlub edib. Bu oyunadək təmsilçilərimiz 7 dəfə 3 və daha çox top fərqilə qalib gəlmişdi. Bunlardan 4-ü “Qarabağ”ın hesabında idi ki, isveçrəlilərlə matçdakı uğur ağdamlılar üçün 5-ci olub. Digər 3 böyükhesablı qələbə isə “Şəmkir”, “İnter” və “Neftçi”nin hesabındadı.
Avrokuboklarda böyükhesablı qələbələr
19.07.2000 “Şəmkir” – “Skonto” (Latviya) - 4:1
01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
07.07.2011 “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012 “Trans” (Estoniya) – “İnter” – 0:5
17.07.2012 “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0
22.07.2014 “Qarabağ” – “Valletta” (Malta) - 4:0
27.08.2015 “Qarabağ” – “Yanq Boyz” (İsveçrə) – 3:0