Azərbaycan klublarının avrokubok oyunlarında qeydə alınan dublların sayı 9-a çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı görüşündə təmsilçimizin hər iki qoluna Dodo imza atıb. Bu, braziliyalının qırmızı-qara formada avrokuboklarda ilk dubludu. Cari mövsümdə Azərbaycan klublarının oyunçuları avrokuboklarda 1 dubla imza atmışdı. Buna Dodonun komanda yoldaşı Sergey Zenyov imza atmışdı. Estoniyalı “Çukariçki” (Serbiya) ilə qarşılaşmada 2 qol vurmuşdu. “Qəbələ”lilərin cari mövsümdəki dubllarına qədər cəmi 7 belə hadisəyə təsadüf olunub. 1994-cü ildə avrokuboklarda debüt edən futbolçularımızın ilk dubluna 1999-cü ildə Müşfiq Hüseynov imza atıb. Ümumiyyətlə “Qarabağ” 3, “Neftçi” və “Qəbələ” hərəyə 2, “Bakı” ilə “İnter” 1 dubla sevinib.
1999/2000
20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2
Müşfiq Hüseynov -2
12 avqust. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3
Vadim Vasilyev - 2
2009/10
21 iyul. “Bakı” - “Ekranas” (Litva) - 4:2
Feliks Felipe Almeyda - 2
2010/11
15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” - 1:2
Əfran İsmayılov - 2
2011/12 30 iyun. “Banqa” (Litva) – “Qarabağ” 0:4
Vüqar Nadirov - 2
2012/13
5 iyul. “Trans” (Estoniya) – “İnter” - 0:5
Baçana Sxadadze - 2
2014/15
21 avqust. “Partizan” (Serbiya) – “Neftçi” - 3:2
Denis Silva - 2
2015/16
23 iyul. “Qəbələ” – “Çukariçki” (Serbiya) – 2:0
Sergey Zenyov – 2
27 avqust. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” – 2:2
Dodo - 2