İspaniya La Liqasının XXVII turunda “Atletiko” üzərində (1:0) qələbə qazanan “Barselona” cari mövsümdə vurduğu qolların sayını 100-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi buna 44 matçda nail olub.
“Barsa” bununla “100-lər klubu”na qoşulan 6-cı komanda olub. Ona qədər PSJ, “Mançester Siti”, “Real”, “Liverpul” və “Porto” 100 qol həddini keçiblər.
Daha 4 komanda - “Bavariya”, “Latsio”, “Tottenhem” və “Monako” da cari mövsümdə 100 qola çatmağa ən real namizədlərdi. Almaniya nəhənginin aktivində 93 top varsa, digər 3 komanda hərəsi 89 dəfə rəqib qapılarına yol tapıb.
“100-lər klubu”nun üzvləri:
1. PSJ – 140 qol
2. “Mançester Siti” – 118
3. “Real” – 106
4. “Liverpul” – 105
5. “Porto” – 105
6. “Barselona” – 100
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq