“Qəbələ” Avropada mövsümün rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, avrokubokların qrup mərhələsinə yüksələn 80 komandadan yalnız ikisi yarışa I təsnifat mərhələsindən başlayıb, bu qədər irəliləməyi bacarıb.
Çempionlar Liqasının 32 ən güclüsündən heç biri belə erkən start xəttinə çıxmayıb. Avropa Liqasında isə 48 komanda 6 müxtəlif yolla qrupadək irəliləyib.
Qrupda oynayacaq klublardan 18-i Çempionlar Liqasının uğursuzlarıdı. Onlardan 10-u pley-off, 8-i III təsnifat mərhələsində uduzduğu üçün Avropa Liqasına keçib.
Digər 30 komanda isə mövsümü elə bu turnirdə başlayıb. 16 komanda mübarizəyə birbaşa qrupdan başlayacaqsa, 9-u III, 3-ü II və yalnız ikisi I təsnifat mərhələsindən irəliləyənlərdi.
4 mərhələ adlayıb, qrupa düşməklə mövsümün rekordunu müəyyənləşdirənlər isə “Qəbələ” və Norveç “Rusenborq”udu. Ümumiyyətlə, I təsnifat mərhələsinin yalnız 9 komandası pley-offa düşmüşdü ki, onlardan 7-si qrupa son addımda büdrəyib.
Qeyd edək ki, “Qəbələ” Tiflis “Dinamo”su (1:2, 2:0), Serbiya “Çukariçki”si (0:1, 2:0), Kipr “Apollon”u (1:1, 1:0) və Yunanıstan “Panatinaikos”unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb.
Birbaşa mübarizəyə qrupdan başlayanlar
“Şalke” (Almaniya)
“Napoli” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Vilyareal” (İspaniya)
“Marsel” (Fransa)
“Dnepr” (Ukrayna)
“Braqa” (Portuqaliya)
“Fiorentina” (İtaliya)
“Anderlext” (Belçika)
“Liverpul” (İngiltərə)
“Beşiktaş” (Türkiyə)
“Lokomotiv” (Rusiya)
“Auqsburq” (Almaniya)
“Qroninhen” (Hollandiya)
“Syon” (İsveçrə)
“Asteras” (Yunanıstan)
III təsnifatdan mübarizəyə qoşulanlar
“Borussiya” (Dortmund, Almaniya)
“Rubin” (Rusiya)
“Atletik” (İspaniya)
“Alkmaar” (Hollandiya)
“Bordo” (Fransa)
“Sent-Etyenn” (Fransa)
“Slovan” (Çexiya)
“Krasnodar” (Rusiya)
“Belenenseş” (Portuqaliya)
II təsnifatdan mübarizəyə qoşulanlar
PAOK (Yunanıstan)
“Legiya” (Polşa)
“Dinamo” (Belarus)
I təsnifatdan mübarizəyə qoşulanlar
“Rusenborq” (Norveç)
“QƏBƏLƏ” (AZƏRBAYCAN)
ÇL-ın IV təsnifatından gələnlər
“Bazel” (İsveçrə)
“Sportinq” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Brügge” (Belçika)
“Seltik” (Şotlandiya)
APOEL (Kipr)
“Monako” (Fransa)
“Rapid” (Avstriya)
“Partizan” (Serbiya)
“Skenderbeu” (Albaniya)
ÇL-in III təsnifatından gələnlər
“Ayaks” (Hollandiya)
“Viktoriya” (Çexiya)
“Sparta” (Çexiya)
“Fənərbaxça” (Türkiyə)
“Lex” (Polşa)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Midtyulland” (Danimarka)
“Molde” (Norveç)