“Neftçi”nin avrokuboklarda keçirdiyi ev oyunlarındakı qələbə həsrəti 11-ə çatıb. Apasport.az saytının məlumatına görə, 2012-ci il iyulun 17-də Gürcüstan “Zestafoni”sini 3:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 1652 gündü öz meydanında qalib gələ bilmir.
“Ağ-qaralar” bu qara zolaqda 6 heç-heçə edib və 5 dəfə uduzub. Paytaxt təmsilçisi 4 ilə yaxındı davam edən seriya müddətində 8-ci km qəsəbə stadionunda çıxdığı 5 görüşdə də uğursuzluğa düçar olub.
Bu arenadakl beynəlxalq matçlarda qələbə qazanmayan “Neftçi” “Skenderbeu”, “Koper”, “Çixura”, “Mladost”un ardından “Baltsan”ı da uda bilməyib. Bakıılılar uğursuz seriyanı iyulun 14-də “Şkendiya” ilə qarşılaşmada qırmalıdı. Makedoniyalılarla görüşdə qələbə əldə olunsa, evdəki qələbə həsrəti 1658 gündən sonra qırılacaq.
“Neftçi”nin evdəki qələbə həsrəti
08.08.2012 |
Hapoel (Kiryat Şmona, İsrail) |
2:2 |
23.08.2012 |
APOEL (Kipr) |
1:1 |
04.10.2012 |
İnter (İtaliya) |
1:3 |
08.11.2012 |
Rubin (Rusiya) |
0:1 |
22.11.2012 |
Partizan (Serbiya) |
1:1 |
17.07.2013 |
Skenderbeu (Albaniya) |
0:0 |
17.07.2014 |
Koper (Sloveniya) |
1:2 |
31.07.2014 |
Çixura (Gürcüstan) |
0:0 |
28.08.2014 |
Partizan (Serbiya) |
1:2 |
02.07.2015 |
Mladost (Monteneqro) |
2:2 |
07.07.2016 |
Baltsan (Malta) |
1:2 |