Hollandiyanın “Amsterdam Arena” stadionunun adı dəyişdirilir. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən arena əfsanəvi Yohan Kroyfun adını daşıyacaq.
Aprelin 25-də, Hollandiya futbolunun simvolunun ad günündə isə “Yohan Kroyf Arena”nın yeni loqosu təqdim olunacaq. Bu stadion 52 min tamaşaçı tutumuna malikdi.
Qeyd edək ki, 2016-cı ilin martında 68 yaşında vəfat edən Kroyf futbolçu kimi üç dəfə “Qızıl top” mükafatını qazanıb. Karyerası ərzində “Ayaks”, “Feyenoord”, “Barselona”, “Levante”, “Los Anceles” və “Vaşinqton”da oynamış Hollandiya yığmasının futbolçusu Amsterdam klubunda 3 dəfə oyunçu kimi 1970/71, 1971/72, 1972/73 mövsümlərində Çempionlar kubokunun qalibi olub. O, baş məşqçi kimi bu klubla Kuboklar kubokunu 1986/87 mövsümündə qazanıb.