“Anderlext”in “Sent-Truyden”ə qarşı oyunu ürəyimcə oldu. “Qarabağ”la görüşdə də komanda belə çıxış etməlidi”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in sabiq futbolçusu Mark Deqrişe deyib.
“Anderlext”in Belçika çempionatının IX turunda “Sent-Truyden”lə (1:0) oyununu dəyərləndirən 50 yaşlı mütəxəssis komandanın Bakıda “Qarabağ” önünə də eyni heyətlə çıxmalı olduğunu düşünür. Onun fikrincə, Belçika təmsilçisi hücum futbolu nümayiş etdirməkdə davam etməlidi: “Baş məşqçi Besnik Hasinin hazırkı taktikası çox xoşuma gəlir. Bu taktika Steven Defur və Gillaume Jillenin də orta sahədə əl-qolunu açır. Məncə, Hasi “Qarabağ”la səfər qarşılaşmasında da heyətə əl dəyməməlidi”.
Belçika millisinin keçmiş forvardı “Anderlext”in “Qarabağ” önünə iki hücumçu ilə çıxmasını məsləhət görüb: “Hücumda Stefano Okaka və Matias Suares birlikdə çıxış edəndə, komanda daha təhlükəli olur. Bu, xüsusən də, Okakanı qola çox yaxınlaşdırır. Biz əsl Suaresi hələ izləmirik. İmo Ezekyel də hücumda onu layiqincə əvəz edə bilər. Məncə, Hasi çəkinmədən Bakıda hücum futboluna üstünlük verə bilər. Bununla komanda irəlidə daha çox adamla çıxış edər və rəqibin topla rahat rəftarına mane olar. İnanıram ki, bu sistemə əl dəyilməsə, “Anderlext” “Qarabağ”ı səfərdə məğlub edər”.
Qeyd edək ki, “Qarabağ” – “Anderlext” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı