Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Anderlext” bu gün Bakıya gələcək. Apasport.az saytı xəbər verir ki, belçikalılar bu saatlarda paytaxtımıza təşrif buyuracaqlar.
Baş məşqçi Besnik Hasi Bakıya 22 futbolçu gətirməyə qərar verib. Qonaqların Azərbaycana gətirəcəyi heyətdə bu oyunçular yer alıb: Frank Açeamponq, Frank Buks, İbrahima Konte, Steven Defur, Dendonker, Olivye Deşaxt, İmoh Ezekyel, Qilyame Jille, Hassan, Mikael Heylen, Endi Kavaya, Kara Mbodj, Endi Najar, Bram Neytink, İvan Obradoviç, Stefano Okaka, Dennis Praet, Silvio Proto, Devi Roef, Matias Suares, İdrissa Silla, Yuri Tilemans
Bu gün saat 19:30-da Hasinin mətbuat konfransı keçiriləcək. 20:00-da isə “Anderlext”in Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqi baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – “Anderlext” matçı sabah saat 22:00-da start götürəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı