“Yaxşı və döyüşkən komandaya qarşı çıxış edirdik. Rəqibin oyunçularının matça yüksək səviyyədə kökləndikləri görünürdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Anji”nin baş məşqçisi Vadim Skripçenko deyib.
Antalyada təlim-məşq toplanışında olan Rusiya klubu dünən yoxlama görüşündə “Sumqayıt”la üz-üzə gəlib və təmsilçimiz üzərində 1:0 hesablı qələbə qazanıb.
Oyunla bağlı klubun rəsmi saytına danışan Skripçenko komandasını tərifləyib: “İkinci hissədə qol şansı yaratmaq bizim üçün çox çətin idi. Rəqib daha aqressiv futbol oynamağa başladı. Buna baxmayaraq, həm oyun keyfiyyətindən, həm də yekun nəticədən razı qaldım. Üstəlik, qol buraxmamağımızı da müsbət məqam kimi vurğulamalıyam. Xüsusən də, birinci hissədə hücumda və müdafiədə keyfiyyətli çıxış etdik. İkinci hissədə bəzi əvəzetmələrimizdən sonra rəqib təşəbbüsü ələ aldı. Əvvəlcədən bütün heyəti əvəzləməyi planlaşdırırdıq. Meydana sonradan daxil olan oyunçuların güc futbolu sərgiləmələri çətin idi. Ancaq onlar xarakter nümayiş etdirdilər və döyüşkən oyun göstərdilər. Yaxşı əks-hücumlar etmək imkanımız var idi. İkinci qolu vurmaq üçün bir neçə şans yaxaladıq. Ümumilikdə bütün futbolçular müsbət qiymətə layiq idilər”.
Qeyd edək ki, “Sumqayıt”ın qapısından yeganə qolu 20-ci dəqiqədə Arsen Xubulov keçirib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"