Topaz Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” digər tərəfdən gələn mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi daha bir futbolçunu baxışa dəvət edib.
“Anji” klubunun əvəzedici heyətində çıxış edən Timur Umalov hazırda “Sumqayıt”ın düşərgəsindədi. Mahaçqala klubu akademiyasının yetirməsi olan 18 yaşlı oyunçu özünü göstərməyə çalışır. Baş məşqçi Aqil Məmmədov sağ cinah müdafiəçisini ən azı 10 gün sınaqdan keçirmək fikrindədi. Timur bəyənilərsə, heyətə cəlb ediləcək və gələn mövsümdən əsas komandada yer alacaq.
Qeyd edək ki, bu yaxınlarda “Kuban”ın yarımmüdafiəçisi İslam Qəniyev “Sumqayıt”da baxışda olmuş, bəyənilməyərək geri göndərilmişdi.
Rəvan ƏKBƏR