[b]“Araz” “Neftçi” ilə bacarmadı[/b]
07.11.2017 - 21:01
[b]“Araz” “Neftçi” ilə bacarmadı[/b]

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun açılış oyununda “Yasamal”la “FK.İD.Futsal” qarşılaşıb.

 

Matçda 13 qol vurulub.

 

Turun ikinci oyunu gərginliyi seçilib. 8 qolun vurulduğu oyunda “Xəmsə” EKOL-a uduzub – 3:5.


Turun son oyununda əzəli rəqiblər üz-üzə gəlib. “Neftçi” ilə oyunda “Araz”ın baş məşqçisi Alesio da Silva və əsas oyunçularından Edurado cəzalı olduğundan, qarşılaşmanı tribunadan izləyib. Matç sürətli hücumlarla başlayıb. Ancaq bununla belə, qarşılaşmanın sonunda qalib müəyyənləşməyib.

 

Rəqiblər hərəyə 2 qol vursa da, bu, qələbə üçün yetərli olmayıb.

 

Yüksək liqa

VI tur

 

“Yasamal” FK – “FK.İD.Futsal” – 3:10

Qollar: M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 – A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28
 

“Xəmsə” – EKOL – 3:5
Qollar: Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 – R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25

 

“Araz” – “Neftçi” İK – 2:2

Qollar: Q. Bastos, 25:40, M.da Silava, 31:30 – T.Qurbanov, 11:10, M. Katebi, 39:38