[b]“Araz”da ikisi döndü, biri sıradan çıxdı[/b]
25.04.2014 - 23:52
[b]“Araz”da ikisi döndü, biri sıradan çıxdı[/b]

Futzal üzrə UEFA kubokunun üçüncü yer uğrunda keçiriləcək oyununda “Kayrat”la qarşılaşacaq “Araz”ın heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə matçda iştirak edə bilməyən kapitan artıq sıraya dönüb.

 

Zədəli olduğu üçün yarımfinalda komandasına kömək edə bilməyən Vitali Borisov zədəsini sağaldıb. Baş məşqçi şans verəcəyi təqdirdə Borisov meydana çıxa biləcək. Ondan başqa, elit-raund mərhələsinin son turunda “Sportinq” lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Edu da bu dəfə oynaya biləcək. Onun bir oyunluq cəzası başa çatıb. Əvəzində isə komanda Davinin xidmətindən yararlana bilməyəcək. Braziliyalı hücumçu “Barselona” ilə görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. O, bir oyun buraxacaq.