[b]“Arsenal” Aleksis Sançeslə bağlı qərarını açıqladı[/b]
13.06.2017 - 09:36
[b]“Arsenal” Aleksis Sançeslə bağlı qərarını açıqladı[/b]

“Arsenal” klubunun Aleksis Sançeslə bağlı mövqeyi bəlli olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “topçular” çilili hücumçunu satmaq fikrində deyillər.

 

“Mançester Siti” və “Çelsi” Sançesə görə 45 milyon funt-sterlinq ödəməyə hazır olsa da, londonlular buna razı deyillər.  “Arsenal” rəhbərliyi 28 yaşlı futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Sançesin bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.  

 

Təcrübəli forvardla “Bavariya”nın da danışıq apardığı bildirilir.

 

Qeyd edək ki, Sançes “Arsenal”a 2014-cü ildə “Barselona”dan transfer olunub.

0