[b]“Arsenal”lı futbolçunun zədəsi ciddi çıxdı[/b]
26.07.2016 - 18:45
[b]“Arsenal”lı futbolçunun zədəsi ciddi çıxdı[/b]

“Arsenal”ın almaniyalı müdafiəçisi Per Mertezakerin zədəsi gözləniləndən ağır çıxıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bu səbəbdən “topçular”ın ABŞ-da iştirak edəcəkləri turnirə qatıla bilməyəcək.

 

Lakin Mertezakerin yoxluğu bununla bitməyəcək. Belə ki, həkimlər dizindən zədələnən oyunçunun tam sıraya dönməsinin 5 ay vaxt alacağını bildiriblər. Hələ ki, klub tərəfindən bununla bağlı məlumat yayılmayıb. Əgər xəbər təsdiqlənsə, “Arsenal” “transfer pəncərəsi”ni bağlanana qədər heyətinə yeni müdafiəçi qatmalı olacaq.

 

Qeyd edək ki, karyerası ərzində “Hannover” və “Verder” klublarının da formasını geyinmiş Mertezaker 2011-ci ildən “Arsenal”da çıxış edir.  

0