[b]“Atletiko” ilə oyunöncəsi “Barselona”da problem[/b]
21.09.2016 - 15:41
[b]“Atletiko” ilə oyunöncəsi “Barselona”da problem[/b]

İspaniya çempionatının hesabat turu çərçivəsində bu gün “Atletiko” ilə qarşılaşacaq “Barselona” oyuna itki ilə çıxacaq. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, Aleyş Vidal komandasına kömək edə bilməyəcək.

 

Buna səbəb Vidalın zədəsini sağaltmamağıdı. Analoji səbəbdən “Leqanes”lə çempionat və “Seltik”lə Çempionlar Liqasının matçını buraxan futbolçu “Atletiko” ilə görüşdə də meydan üzünə həsrət qalacaq.

 

Buna görə də, Vidalın adı madridlilərlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 27 yaşlı sağ cinah müdafiəçisi “Barselona”ya ötən il “Sevilya”dan transfer olunub. 

0