Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Atletiko”da yeni müqavilə imzalanıb. Apasport.az saytı xəbər verir ki, Madrid klubunun rəhbərliyi baş məşqçi Dieqo Simeonenin sözləşməsinin müddətini uzadıb.
Razılaşmaya əsasən, argentinalı çalışdırıcı 2020-ci ilə qədər “Atletiko”nu çalışdıracaq. Məlumatı klubun saytı yayıb.
2011-ci ildən “Atletiko”nu çalışdıran 47 yaşlı mütəxəssis komandasına İspaniya çempionluğu, ölkə kuboku, İspaniya Superkuboku, Avropa Liqası və UEFA Superkubokunu qazandırıb. Onun rəhbərliyi altında madridlilər 2 dəfə Çempionlar Liqasının finalına çıxsalar da, hər iki cəhddə “Real”a uduzublar.
Qeyd edək ki, “Qarabağ”ın “Atletiko” ilə ilk oyunu oktyabrın 18-da Bakıda, ikinci görüşü isə həmin ayın 31-də Madriddə baş tutacaq.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq