[b]“Atletiko”nun hücumçusuna təklif: Levandovskinin əvəzləyicisi ol[/b]
08.11.2017 - 15:08
[b]“Atletiko”nun hücumçusuna təklif: Levandovskinin əvəzləyicisi ol[/b]

“Atletiko”nun hücumçusu Fernando Torres Almaniyadan təklif alıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Bavariya” 33 yaşlı forvardın xidmətində maraqlıdı.

 

Münhen klubu Torresi əsas heyət üzvü Robert Levandovskinin əvəzləyicisi qismində görür. Belə ki, polşalı forvard bütün oyunlarda 90 dəqiqə meydanda olmasından şikayətlənərək, yorulduğuna işarə edib. Almanlar da məhz bu səbəbdən komandaya daha bir mərkəz hücumçusu transfer etməyi qərara alıblar.

 

Torresin keçidi qışda rəsmiləşə bilər. Çünki təcrübəli futbolçunun “Atletiko” ilə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridi.  

0