AVRO-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klublarımız hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, ölkəmizi Avropada təmsil edən, milli birincilikdə də ilk iki yeri bölüşdürən “Qarabağ”la “Qəbələ” də fürsətdən istifadə edərək hazırlıq qarşılaşmasında üz-üzə gəliblər.
Qəbələdə baş tutan oyun meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb – 2:1.
Qriqorçukun yetirmələrindən Antonov və Pereyra, ağdamlılardan isə Dani fərqlənib.
Hazırlıq oyunu
11 oktyabr
“Qəbələ” – “Qarabağ” – 2:1
Qollar: Antonov, Pereyra - Dani