[b]“Ayntraxt” Emil Balayevdən imtina edir[/b]
01.09.2015 - 09:00
[b]“Ayntraxt” Emil Balayevdən imtina edir[/b]

Almaniyanın “Ayntraxt” klubu 4 futbolçusu ilə yolları ayırmaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisinin “qara siyahı”sınında həmyerlimiz Emil Balayevin də adı var.

 

Məsələ burasındadı ki, “Ayntraxt”ın baş məşqçisi Armin Fe yay fasiləsində 4 futbolçunun ya satılmasını, ya da icarəyə verilməsini istəyib. Balayevin adının yer aldığı həmin siyahıda Slobodan Medoyeviç, Vaslav Kadlets və David Kinsombi də qərarlaşıb. Lakin adıçəkilən futbolçulardan heç birinə təklif yoxdu.

 

Almaniya mətbuatı Balayevlə yanaşı, Medoyeviç, Kadlets və Kinsombinin də bu mövsüm “Ayntraxt”ın əsas heyətinə düşmək şansının az olduğunu bildirir.

 

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Balayev bu ildən Almaniya klubunun üzvüdü.