[b]“Ayntraxt” Reynaldonun transferi üçün 2 milyon avro verir[/b]
10.08.2014 - 20:24
[b]“Ayntraxt” Reynaldonun transferi üçün 2 milyon avro verir[/b]

Reynaldonun rəsmi meneceri Odrayo Duraeş "Qarabağ"ın Topaz Premyer Liqasının I turu çərçivəsində qarşılaşdığı "Sumqayıt"la oyununu izləyir. Apasport.az saytının xəbərinə görə, onunla yanaşı, Reynaldonun Avropa üzrə təmsilçisi Cerard Vitters də "Kapital Bank Arena"ya təşrif buyurub.

 

Bu da əbəs yerə deyil. Onlar ötən mövsümün bombardirini aparmaq istəyirlər. Əldə etdiyimiz məlumata görə, İspaniyanın "Levante", Almaniyanın "Hoffenhaym" və "Ayntraxt" klubları, eləcə də Avstriya "Zalsburq"u onun xidmətində maraqlıdı. Bu komandalardan biri Reynaldo üçün 2 milyon avro ödəməyə də hazırdı.

 

Qeyd edək ki, Reynaldonun "Qarabağ"la ilyarımlıq müqaviləsi var. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək (futbolinfo.az).