[b]“AZAL Arena”nın süni örtüyü dəyişdiriləcək[/b]
13.08.2015 - 14:50
[b]“AZAL Arena”nın süni örtüyü dəyişdiriləcək[/b]

“AZAL Arena”nın meydançasının istismar müddəti başa çatıb. Örtüyün rezin dənəcikləri keyfiyyətdən düşüb. Onları yenisi ilə əvəzləmək istəyirik”. Bunu apasport.az saytına AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

 

Yusifov Topaz Premyer Liqasının II turunda “Qəbələ”ni doğma meydançada yox, “Dalğa Arena”da qəbul etmələrini “AZAL Arena”nın süni örtüyündə yaranmış problemlə əlaqələndirib: “Hazırda keyfiyyətdən düşmüş dənəciklərin təmizlənməsi prosesi gedir. Bunların yeniləri ilə əvəzlənməsi üçün müəyyən işlərə başlamışıq. Bununa bağlı bir neçə şirkətlə danışıqlar aparılıb. Yaxın günlərdə həmin rezin dənəciklər yenisi ilə əvəzlənəcək. Cari işlərin görülməsi üçün ən azı 3-4 gün vaxt lazım idi. Bizim də vaxtımız olmadığından, “Qəbələ” ilə oyunu “Dalğa Arena”da keçirmək istədik”.

 

Klub rəsmisi həmçinin onu da bildirib ki, “AZAL Arena”nın süni örtüyü bu il tamamilə dəyişdiriləcək: “Gələcəkdə ümumiyyətlə, örtüyün tamamilə yenilənməsi nəzərdə tutulur. Yaxın 2-3 ay ərzində bu prosesə başlana bilər”.

 

Qeyd edək ki, AZAL – “Qəbələ” matçı avqustun 15-də keçiriləcək.