“AZAL-dan ayrılmağım dorğudu”. Bunu apasport.az saytına uzun müddətdi AZAL klubunun şərəfini qoruyan Canahgir Həsənzadə deyib.
Təcrübəli qapıçı komandadan ayrılmasını rəhbərliyinin ona güvənməməsi ilə əlaqələndirib. Həsənzadə bildirib ki, rəhbərlik ona üçüncü qapıçı olmağı təklif edib: “Bu, mənlik deyil. Uzun müddətdi futbol oynayıram, millinin şərəfini qorumuşam. AZAL üçün də canımı qoymuşam. Mənə burada üçüncü qapıçı kimi qalmaq çətindir”.
Millimizin sabiq qapıçısı karyerasını bitirə biləcəyini də vurğulayıb: “Əslində, karyeramı başa vurmağı da düşünürəm. Çünki AZAL-dan bu münasibəti gördükdən sonra futboldan soyudum. İstəyirəm ki, futbolçu karyerama son verim. Biz az özümə gəldikdən sonra hər şeyə aydınlıq gətirəcəyəm”.