“Çox yaxşı futbol sərgiləyirik. Oyun baxımından mövsümə güclü başlamışıq. Amma niyə nəticə qazana bilmədiyimizi anlaya bilmirəm”. Bunu apasport.az saytına “Kəpəz”in hücumçusu Aleksandr Sıtnik deyib.
Yayda Gəncə klubuna keçən ukraynalı forvard, xüsusən də, Topaz Premyer Liqasının VI turu çərçivəsində “İnter”ə (0:1) məğlub olduqları qarşılaşmanı unuda bilmir. Onun fikrincə, “Kəpəz” həmin görüşdə qələbəyə layiq idi: “İnter”dən qat-qat yaxşı oyun göstərdik. İnanın ki, uğursuz nəticəyə səbəb gətirməyə söz tapa bilmirəm. Yaxşı oynayasan, xal qazanmayasan. Bu, istər-istəməz bizə mənfi təsir edir. Məşqlərdə bütün gücümüzlə çalışırıq, oyunları yüksək səviyyədə keçiririk. Amma sonda meydançanı qalib tərk edə bilmirik. Rəqib qol epizodu yaratmadan qələbə qazanır. Belə vəziyyətdə nə demək olar ki?”
Donetsk “Şaxtyor”unun yetirməsi olan 31 yaşlı futbolçu Azərbaycan futbolunun səviyyəsi barədə də fikir bildirib: “Çox az vaxt keçməsinə baxmayaraq, komandaya, Azərbaycana uyğunlaşmışam. Ən güclü azarkeş dəstəyi olan klubda çıxış edirəm. Bizə bir az vaxt lazımdı ki, gözəl oyun nəticədə də öz əksini tapsın. Azərbaycan Premyer Liqasının səviyyəsi də ürəyimcədi. Bütün komandalar sona qədər “döyüşürlər”. Baxımlı oyunlar olur”.
Qeyd edək ki, “Kəpəz” 6 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı