“Braziliyalıları çıxarsaq, İtaliya, Rusiya, Qazaxıstan və Azərbaycan yığmaları güclü olmazdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya futzal yığmasının baş məşqçisi Mati Stankoviç deyib.
Xorvatlar Avropa çempionatının final mərhələsinə vəsiqə qazansalar da, mundialda iştirak etməyəcəklər.
Ölkəsinin mətbuatına açıqlama verən Stankoviç braziliyalı futzalçıları milliləşdirən ölkələrdən danışıb. O bildirib ki, xorvatiyalı azarkeşlər milliləşdirilmiş oyunçulardan ibarət yığmanı qəbul etməzlər: “Adını çəkdiyim ölkələrin futzal yığmalarının əsas üzvləri braziliyalılardı. Amma biz uzunmüddətli iş qururuq. Bir neçə il ərzində oyunçu yetişdiririk, onları üzə çıxarırıq. Digərləri isə futzalçıları milliləşdirirlər. Açığı, bizim azarkeşlərin milliləşdirilmiş futzalçılardan ibarət komandanı qəbul edəcəklərinə inanmıram. Məncə, bu məsələyə diqqət yetirilməli, xarici futbolçuların milliləşdirilməsi məsələsinə sərhəd qoyulmalıdı”.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində yığmamızın rəqiblərindən olmuş Xorvatiya qrup oyunlarını 3-cü pillədə başa çatdırmışdı.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”