[b]“Azərbaycan yığması fundamental komandadı” – Cakomo Bonaventura[/b]
08.10.2015 - 10:33
[b]“Azərbaycan yığması fundamental komandadı” – Cakomo Bonaventura[/b]

“Azərbaycanla oyun bizim üçün həyati əhəmiyyət kəsb edir. Rəqib fundamental komandadı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının yarımmüdafiəçisi Cakomo Bonaventura deyib.

 

“Skuadra Adzurra” Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan millisinin qonağı olacaq. 26 yaşlı futbolçu Robert Prosineçkinin gəlişindən sonra yığmamızın daha təhlükəli rəqib olduğunu söyləyib: “Azərbaycan millisi baş məşqçi dəyişikliyindən sonra uğurlu nəticələr göstərir. Bir sözlə, yaxşı təşkilatlanmış komandadı. Heç kim düşünməsin ki, bizim üçün asan oyun olacaq. Ancaq rəqib kim olursa-olsun, qələbə qazanmalıyıq. Bunun üçün hər şeyi etməyə hazırıq”.

 

Bonaventura zədəli olduğu üçün heyətdən uzaqlaşdırılan yarımmüdafiəçi Lorenzo İnsinye və hücumçu Domeniko Berardinin yoxluğunu hiss edəcəklərini söyləyib: “Yığmada olduğum üçün çox xoşbəxtəm. Klubum “Milan”da bu formamı qorumalıyam ki, yığma üçün daim hazır olum və böyük turnirlərdə kənarda qalmayım. Berardi və İnsinyenin millinin heyətindən çıxarılması heç yaxşı olmadı. Bu amil Azərbaycanla vacib oyun öncəsi düşərgədə ab-havanı korladı. Çünki onların boşluğunu doldurmaq çətin olacaq. Amma bu vəziyyətdən çıxmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

0