[b]“Azərbaycanda futbolçulara qaranlıq otaqlar ayrılmışdı”[/b]
28.02.2018 - 12:21
[b]“Azərbaycanda futbolçulara qaranlıq otaqlar ayrılmışdı”[/b]

Almaniya millisinin həkimi Tim Meyer müasir futbolda uğurun ən böyük açarının normal yuxu olduğunu bildirib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, o, “Real”ın superulduzu Kriştianu Ronaldonun parlaq çıxışını da məhz intizamlı rejimlə əlaqələndirib.

 

Həkim Almaniya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla səfər matçındakı uğurlu çıxışı da proqramlarında heç bir dəyişiklik etməmələri ilə əlaqələndirib: “Yuxu çox sadə amildi və hələ kifayət qədər mənimsənilməyib. Azərbaycan və Qazaxıstan kimi uzaq səfərlər Almaniya millisinin üzvləri üçün çətin görünür. Biz bu ölkələrə yollanarkən Almaniyadakı yuxu rejimini dəyişmədik. Orda da Almaniya saatı ilə hərəkət etdik. Bunun üçün həmin ölkələrdə hətta əlavə qaranlıq otaqlar da ayrılmışdı. Fikrimcə, futbolçuların rahat oynamalarında bunun az rolu olmadı”.

 

Qeyd edək ki, ötən il martın 26-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – Almaniya görüşü qonaqların 4:1 hesablı qələbəsi ilə nəticələnib.