“Norveçlə oyun bizim üçün acı sonluqla nəticələndi. Bu məğlubiyyət bizə çox pis təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Filip Oxs deyib.
Bundestim AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq.
Ötən ay Norveçə məğlub olduqları (1:3) matçı xatırladan Oxs komandasında çatışmayan cəhətlərdən danışıb. “Hoffenhaym”ın hücumçusu Azərbaycanla görüşə məsuliyyətli hazırlaşdıqlarını bildirib: “Meydanda əzmlə mübarizə aparmalı və daha ürəkli çıxış etməliyik. Norveçlə qarşılaşmada bizdə çatışmayan cəhət bu idi. Azərbaycanla oyuna isə ciddi yanaşmalıyıq. Rəqibi qiymətləndirməmək olmaz”.
Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması “Dalğa Arena”da keçiriləcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”