[b]“Azərbaycanla oyun həlledici ola bilər” - FOTO[/b]
10.10.2016 - 16:00
[b]“Azərbaycanla oyun həlledici ola bilər” - FOTO[/b]

“Əgər dünya çempionatının final mərhələsinə qatılmaq istəyiriksə, bu cür oyunlarda, xüsusən də, evdə qələbə qazanmağa borcluyuq”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının hücumçusu Borek Dokal deyib.

 

DÇ-2018-in seçmə mərhələsində keçirdiyi ilk iki turda aktivinə cəmi 1 xal yazdıran çexiyalılar sabah Azərbaycan millisini qəbul edəcəklər. Oyunla bağlı yerli mətbuata fikirlərini bildirən Dokal komandamızdan çəkindiklərini söyləyib.

 

Ancaq 28 yaşlı oyunçu qələbədən başqa yollarının olmadığını da əlavə edib: “Azərbaycanla oyun bizim üçün həlledici ola bilər. Əlbəttə ki, rəqib zəif komanda deyil. Bizim üçün heç də asan olmayacaq. Ancaq düşünürəm ki, həm hədəfdən uzaqlaşmamaq, həm də təzyiqləri üzərimizdən atmaq üçün qalib gəlməliyik”.

 

Qeyd edək ki, Çexiya – Azərbaycan görüşü Ostrava şəhərinin “Munisipal” stadionunda keçiriləcək.

0